Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Uşaq Hüquqları Konvensiyası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti iştirak edib.

Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Uşaq Hüquqları Konvensiyası Günününün mahiyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, tədbirin keçirilməsində  məqsəd  uşaqları və valideynləri maarifləndirmək, uşaq hüquqlarını təbliğ etmək, zorakılığa və hüquq pozuntusuna məruz qalan uşaqların hüquqlarını  müdafiə etməkdir.

Bildirilib ki, bu gün Azərbaycanda cəmiyyətin gələcək inkişafı üçün uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət ayrılır:

“Uşaqların müdafiəsi ilə bağlı Azərbaycanda keçirilən silsilə tədbirlərin məqsədi onlara diqqətin artırılması, hüquqlarının qorunmasıdır”.

Sonda isə tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında müxtəlif rəqs kompozisiyaları ifa edilib, şeirlər səsləndirilib.