Nəsimi Rayon Polis İdarəsinin (NRPİ) təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin müəllim-şagird heyəti, akademiyanın İncəsənət fakültəsinin, eləcə də, orta ixtisas təhsili pilləsinin müəllimləri, NRPİ-nin polis əməkdaşları iştirak ediblər.

Erkən nikaha daxil olmanın cəmiyyətdə yaratdığı fəsadlar barədə söhbət aparılıb. Qeyd olunur ki, erkən nikahlar bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur:

“Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur”.

Sonda NRPİ-nin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.