BAKI XOREOQRAFİYA AKADEMİYASINA TƏHSİL ALMAQ İSTƏYƏN XARİCİ VƏTƏNDAŞLAR ÜÇÜN QƏBUL QAYDALARI
Əcnəbi vətəndaşlar üçün hazırlıq üzrə təhsil almaq üçün qəbul qaydaları və təhsili:
Hazırlığa sənədlərin qəbulu hər tədris ilində 1 illik və yarımillik tədris planına əsasən sentyabr ayının 1-dən aparılır. 1 illik tədris planına əsasən dərslər sentyabr ayının 15-də başlanır. Yarımillik tədris planına əsasən dərslər fevral ayının 16-da başlayır.
Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;
Təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
Qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;
Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.
Əcnəbi tələbələrin dövlət hesabına təhsili, təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.
Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
Hazırlıq müvafiq hazırlıq kursları vasitəsi ilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq kursunun illik ödənişi 1000 ABŞ dollarıdır. Hazırlıq müddətinin sonunda tələbələr buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsilini bitirdikdə ona müvafiq ixtisas üzrə vahid formada (şəhadətnamə) verilir.
Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
Tərcümeyi hal;
Keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin notarius tərəfindən təsdiq olunmuş surəti;
Azərbaycan doğumlu vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən ikili vətəndaşlığın olmamasını təsdiq edən arayış;
Sağlamlıq, Covid 19 və QİÇS haqqında arayışlar;
Milli pasportun surəti;
Tərcümeyi hal;
8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)
Diqqət! Bakıya gələrkən mütləq tələbə vizası alınmalıdır.
Xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 1 illik müvəqqəti yaşamaq qeydiyyatı aparılır.
- AKADEMİYADA BAKALAVR PİLLƏSİNDƏ TƏHSİL:
Akademiyada əyani və qiyabi şöbəyə sənəd qəbulu hər tədris ilində sentyabr ayının 1-dən -30 na kimi aparılır. Əyani şöbədə dərslər sentyabr ayının 15-də başlanır.
Xarici vətəndaşların bakalavr pilləsində təhsil alması üçün aşağıdakı sənədlər tələb olunur:
— hazırlığı bitirməsi haqqında şəhadətnamə (tələbə hazırlıqda bitirdiyi ixtisasa və dilə uyğun bakalavr pilləsində təhsilini davam etdirməlidir);
— universitetə qəbul üçün rektorun adına ərizə (ixtisas göstərilməklə);
— təhsil haqqında sənəd keçilən dərslər göstərilməklə (notarius tərəfindən təsdiq olunmaqla);
— tibbi arayış;
— pasport və ya şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasına giriş vizası olmaqla);
— tərcümeyi-hal;
— 8 ədəd 3×4 ölçüdə foto (arxası qırmızı fonda)
Tələbə hər təhsil rübünün əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi məbləği (təhsil haqqını) ABŞ dolları ilə ödəyir. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.
Xarici vətəndaşın akademiyada qəbul əmri verildiyi gündən o, akademiyanın tələbəsi statusunu alır.
Akademiyada əyani şöbədə təhsil müddəti 4 ildir.
Qiyabi şöbədə isə təhsil müddəti 4 il 6 aydır. Bakalavr pilləsində illik ödəniş 1800 ABŞ dollarıdır.
Bakalavr pilləsində tədris Azərbaycan və ya rus dillərində aparılır.
Əyani şöbədə təhsil alan xarici vətəndaşların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır:
— 1 illik müvəqqəti yaşamaq hüququ əldə olunur.
Əcnəbi tələbə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edə bilər.
— təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir;
— təhsil müəssisəsinin əmlakının korlanmasına yol verməməlidir;
— onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəməlidir. Əcnəbi tələbə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra ona təhsil aldığı ixtisas və dərəcəyə uyğun bakalavr diplomu verilir.
BXA -nın bakalavr pilləsində mövcud olan ixtisaslarla buradan tanış ola bilərsiniz.
III. AKADEMİYADA MAGİSTR PİLLƏSİNDƏ TƏHSİL:
Təhsildə yüksək nəaliyyətlər əldə edən məzunlar bakalavr diplomlarına uyğun müvafiq istiqamətlərdə təhsillərini magistr pilləsində davam etdirə bilərlər. Bakalavr pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar magistratura pilləsində təhsil almaq üçün hazırlıqda Azərbaycan dili kursunu keçməlidirlər. Magistraturada dərslər sentyabr ayının 15-dən başlanır.
Xarici vətəndaşın hazırlıqda təhsil alması üçün universitetlə müqavilə bağlanır.
Bundan sonra tələbə hər təhsil rübünün əvvəlində Təhsil Nazirliyinin təsdiq etdiyi sənəddə göstərdiyi məbləği (təhsil haqqını) ABŞ dolları ilə ödəyir. Magistratura pilləsində illik ödəniş 2000 ABŞ dollarıdır . Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.
Magistratura pilləsində əyani şöbədə təhsil müddəti 2 il, qiyabi şöbədə isə 2 il 6 aydır.
BXA -nun magistr pilləsində mövcud olan ixtisaslarla buradan tanış ola bilərsiniz.
III. AKADEMİYADA DOKTORANTURADA TƏHSİL:
Magistr pilləsində təhsilini müvəffəqiyyətlə bitirən xarici vətəndaşlar doktoranturada təhsil ala bilərlər. Magistratura pilləsini Azərbaycan Respublikasında bitirməyən əcnəbi vətəndaşlar doktorantura pilləsində təhsil almaq üçün hazırlıqda şöbəsində Azərbaycan dili kursunu keçməlidirlər. Doktorantura pilləsində illik ödəniş 2500 ABŞ dollarıdır.
QƏBUL QAYDALARI
İngilis dilində
Rus dilində
Fars dilində
Çin dilində
Bizimlə əlaqə:
(+994 12) 597-25 -49