- Bakı Xoreoqrafiya Akademiyasının Zəfər Gününə həsr edilmiş “Xarı bülbül” rəqs müsabiqəsinin qaliblərinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Qala konserti keçirilib.
Konsert proqramını akademiyasının bakalavr pilləsinin müəllimi və konsertmeysteri Nigar Mirzəyeva açaraq, iştirakçıları və qalibləri salamlayıb.
Sonra N. Mirzəyeva Qala konsertin 6 nəfərdən ibarət münsiflər heyətini- Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova; Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova; Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə; akademiyanın müəllimləri: Xalq artisti Yusif Qasımov, Əməkdar müəllim Pellumb Aqalliyay, Əməkdar mədəniyyət işçisi Yelena Qutlyanskayanı və “Xarı bülbül” rəqs müsabiqəsi təşkilat komitəsinin üzvü, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynlini qaliblərə mükafatların təqdim edilməsi üçün səhnəyə dəvət edib.
Müsabiqə qaliblərinə klassik, milli və müasir rəqs üzrə I, II, III yerlər, eləcə də “Xarı bülbül”, “Simpatiya”, “Münsiflər” mükafatı və Diplomlar təqdim olunub.
Daha sonra Akademiyanın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən , Əməkdar artist Nailə Məmmədzadə Zəfər günü münasibətilə Azərbaycan xalqını və bu günün özəlliyinə həsr olunmuş “Xarı bülbül” rəqs müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edib.
N. Məmmədzadə, təşkilat komitəsinin sədri, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, sədr müavini Elmi katib, dosent Həbibə Məmmədova, təşkilat komitəsinin üzvləri; İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynovaya və rəqs müsabiqəsinin münsiflər heyətinə Diplomlar və gül çələngləri təqdim edib. Mükafatlandırma mərasimindən sonra Bakı Xoreoqrafiya Akademiyasının Zəfər Gününə həsr edilmiş “Xarı bülbül” rəqs müsabiqəsinin qaliblərinin Qala konserti açıq elan edilib.
Konsertdə qaliblərin ifasında “Qaytağı”, “Cadugər”, “Ruhun valsı”, “Zəfər rəqsi”, “Xarı bülbül”, “Qarabağ Azərbaycandır”, “Qələbə”, “Odlar yurdu”, “Haradasan?”, “İgidlər”, “Qartal”, “Küçələrə su səpmişəm”, “İspan rəqsi”, “Kəpənək”, “Acaruli”, “Bu gecə”, “Zəfər gülü”, “Biz gəlirik”, “Qaval” və başqa rəqslər ifa edilib.
Konsert böyük alqışlarla qarşılanıb.