Azərbaycan Respublikasının Xalq artisti, “Cəngi” estrada folklor ansamblının rəhbəri Mircavad Cəfərov öz qrupu ilə birgə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
Qonaqları Akademiyanın rəhbər heyəti qarşılayıb.
Görüş çərçivəsində M. Cəfərov Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru Təranə Muradovaya 60 illik yubileyi münasibətilə öz xüsusi təbriklərini çatdırıb.