Tofiq Telman oğlu Mustafayev
Bakı Xoreoqrafiya Akademiyasının Hüquq məsləhətçisi
Qısa bioqrafik məlumat
- Doğum yeri və tarixi:
Azərbaycan, Göyçay rayonu, 16. 07. 1968
Təhsili: 1984-1986-ci illərdə Bakı Maliyyə Kredit Texnikumu, Hüquqşünaslıq ixtisası üzrə subbakalavr səviyyəsində;
1990-1995-ci illərdə Bakı Dövlət Universiteti, tam ali təhsil səviyyəsində Hüquq ixtisası üzrə təhsil alıb.
2002-ci ildə Azərbaycan Müəllimlər Institunda Ixtisasartırma kursu keçib.
Əmək fəaliyyəti
- 1990-1993-cü illər Göyçay Konyak zavodunda Hüquqşünas vəzifəsində;
1993-1995-ci illər Ulus mətbəəsində hüquqşünas vəzifəsində;
1995-1998-ci illər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyində tağım komandiri vəzifəsində;
2000-2014-ci illər Bakı Dövlət Sosial İqtisad kollecində Hüquq fənn müəllimi;
2014-2016-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquq şöbəsində mütəxəssis;
2016-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində böyük mütəxəssis;
2020-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatrı Agentliyində Baş məsləhətçi;
2021-2022-ci illərdə Bakı Slavyan Universitetində Əlavə və qiyabi təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin avqust ayından Bakı Xoreoqrafiya Akademiyasının Hüquq məsləhətçisi vəzifəsində işləyir.
Elmi nəşrləri:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmiş 6 fənn proqramının və 8 metodiki vəsaitin müəllifidir.
2013-cü ildən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 35 Ali təhsil müəssisəsinin, 3 orta ixtisas təhsili müəssisəsinin və Tvininq layihəsi çərçivəsində keçirilən proqram akkreditasiyası qiymətləndirilməsi üzrə kordinator və komissiya üzvi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfrans və təlimlərin iştirakçısıdır.
Ali təhsil müəssisələrinin və təhsil proqramlarının Akkreditasiyası Qaydalarının layihəsinin hazırlanmaında iştirakçı, orta ixtisas təhsili müəssisələrinin Akkreditasiya Qaydalarının layihəsini müəllifidir.
Mükafat və təltifləri:
Azərbaycan Respublikası Təhsil Nazirinin 24.12.2018-ci il tarixli 0405 əmri ilə səmərəli fəaliyyətimə və vəzifə funksiyalarımı keyfiyyətlə yerinə yetirdiyimə görə Təşəkkürnamə ilə təltif olunub.
Ailəlidir, iki övladı, bir nəvəsi var.