Hüseynova Bəşarət Məhərrəm qızı

Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin direktoru

Qısa bioqrafik məlumat

  • Hüseynova Bəşarət Məhərrəm qızı 1963-cü il noyabr ayının 28 də Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur.
  • 1971-ci ildə Ağdam şəhəri 2№-li beynəlmiləl orta məktəbin I sinfinə qəbul olunub.
  • 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
  • 1981 – ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə daxil olub.
  • 1986 – cı ildə həmin fakültəni kimyaçı, müəllim ixtisası üzrə bitirmişdir.
  • 2000 – 2001 –ci ildə Azərbaycan Müəllimlər İnstitutu “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir.

Əmək fəaliyyəti

  • 1986 – cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitunda Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi şöbədə baş laborantı, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
  • 1987 – 1992 –ci illərdə Azərbaycan Respublikası Xəzər dənizi və Su hövzələrinin Qorunmasına Dövlət Nəzarəti idarəsində dövlət inspektoru vəzifəsində çalışmışdır.
  • 2001-ci il tarixindən Bakı Xoreoqrafiya məktəbində müəllim vəzifəsində çalışıb
  • 2010-cu ildə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb
  • 2015-ci il tarixindən bu günə kimi Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində direktor vəzifəsində çalışır.

Elmi  fəaliyyəti

  • İKT – “İntel Gələcək üçün Təhsil” – sertifikat
  • “Fəal təlim” – sertifikat
    “Təhsildə İKT və məntiq” – sertifikat
  • Bakı şəhəri PKİ və YH İnstitutu – seminar, təlim kursları, treninq
  • Azərbaycan Respublikası Təhsil İnstitutu – seminar, treninq
  • Təhsilin İnkişafına Yardım Mərkəzi – təlim kursları
  • Bakı Xoreoqrafiya Akademiyası, xoreoqrafiya sənəti: aktual problemlər;
  • I Respublika Konfransı – məruzəçi 07.10.2019-cu il tarixli Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif olunub