Əliyeva Kamilə Nizami qızı

Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini

Qısa bioqrafik məlumat

  • Əliyeva Kamilə Nizami qızı 1978-ci il 29 mart Bakı şəhərində anadan olmuşdur.
  • 1985-ci ildən 1988-ci ilədək Bakı şəhəri 27 saylı tam orta məktəbdə təhsil alıb.
  • 1988-ci ildə Bakı Xoreoqrafiya məktəbinə daxil olub.
  • 1996-cı ildə həmin məktəbi fərqlənmə diplomu “Ansambl artisti” ixtisası üzrə bitirib.
  • 1996-cı ildə ADMİU-nin rejisorluq fakultəsinə daxil olmuş və 2000-ci ildə həmin universiteti “Teatr kollektivi rejissoru” ixtisası üzrə (bakalavr) bitirmişdir.
    2016-cı ildə Moskva Dövlət İncəsənət universitetində magistr pilləsinə qəbul olunmuşdur.
  • 2018-ci ildə həmin universiteti, fərqlənmə diplomu ilə bitirmişdir

Əmək fəaliyyəti

  • 1996-cı ildən 2016-cı ilədək Azərbaycan Dövlət Rəqs ansamblının üzvü olmuşdur. 1996-cı ildən Bakı Xoreoqrafiya məktəbində (indiki Bakı Xoreoqrafiya Akademiyasında) xalq rəqsi fənni üzrə müəllim kimi çalışır.
  • 2016-cı il tarixindən Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin xüsusi fənlər üzrə direktor müavini vəzifəsində çalışır.