Elnurə Əli qızı Kazımzadə
Kulturalogiya üzrə fəlsəfə doktoru
Qısa bioqrafik məlumat
Doğum tarixi və yeri:
Azərbaycan, Bakı şəhəri 01.01.1978Təhsili:
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizəsi ixtisasına daxil olmuş və həmin ixtisası 1998-ci ildə fərqlənmə diplomu ilə bitirib. Təhsilimi davam etdirərək “Mədəniyyətşünaslıq” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və 2000-ci
ildə fərqlənmə diplomu ilə bitirib.2012-ci ildə “Azərbaycanın qoruq-muzeyləri və onların milli-mənəvi dəyərlər sistemində yeri” mövzusunda
dissertasiya müdafiə edərək Muzeyşünaslıq, tarixi-mədəni abidələrin mühafizəsi və bərpası ixtisası üzrə kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.2017-ci ildən 2020-ci ilədək Bakı Xoreoqrafiya Akademiyasının Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2020-ci ildən İncəsənət fakültəsinin İctimai fənlər kafedrasında müəllim vəzifəsində çalışır.
