Əliyeva Şəhla Hüseyn

Sənətşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent

Qısa bioqrafik məlumat

  • 26 iyul 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisasını bitirmişdir.

Əmək fəaliyyəti

  • 2004-cü ildən “Teatrşünaslıq” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Həmin ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün “Azərbaycan teatrında tərcümə əsərlərinin səhnə təcəssümü” adlı dissertasiyanı müdafiə etmişdir.
  • 2008-ci ildən “Teatrşünaslıq”  kafedrasında kafedra müdiri vəzifəsində çalışıb. Hal hazırda Bxa – nın Sənətşünaslıq kafedrasını müdiridir

Sadıxov Rafik Kərim

Əməkdar İncəsənət Xadimi , Dosent

Qısa bioqrafik məlumat

  • 1948-ci ildə Bakının Xırdalan kəndində anadan olub.
  • 1970- ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq ixtisasını bitirib.

Əmək fəaliyyəti

  • 2019-cu ildən Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq kafedrasında işləməyə başlamışdır.
  • 1988-ci ildə Dosent elmi adına layiq görülmüşdür.
  • 2013-cü ildə “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.
  • 2018-ci ildə Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilmişdir.

Elmi fəaliyyət

  • Teatrşünaslıq və mədəniyyətşünaslığın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. “Azərbaycan teatr tənqidi 20-40-cı illər” adlı mövzunu müdafiə etmişdir.

Məmmədova Kəmalə Nəriman

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Müəllim

Qısa bioqrafik məlumat

  • 1965-ci il 7 noyabr tarixində Qubadlı rayonunda anadan olub.
  • 1991-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Əmək fəaliyyəti

  • 2009-cu ilin iyul ayından etibarən “Musiqili Teatr Sənəti” kafedrasında müəllim assistent vəzifəsinə təyin edilib.
  • 2016- cı ildə Bakı Xoreoqrafiya Akademiyası “İctimai fənnlər” kafedrasında müəllim vəzifəsinə işə qəbul edilib.
  • 2019 tarixində “Sənətşünaslıq” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.

Elmi fəaliyyət

  • 2018-ci il sənətşünaslıq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini əldə edib.

Əliyeva Sevinc Qaçay

Müəllim

Qısa bioqrafik məlumat

  • 10.10.1988 – ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • 2017 – ci ildə Azərbaycan Dövlət Pedoqoji universitetinə bakalavr pilləsinə qəbul olmuşdur.
  • 2012 – ci ildə isə Naxçıvan Dövlət Universitetində magistr pilləsinə qəbul olmuşdur.
  • 2021 – ci ildə Bakı Xoreoqrafiya Akademiyasının doktoranturasına qəbul olmuşdur.

Əmək fəaliyyəti

  • 2019 – cu ildən Bakı Xoreoqrafiya Akademiyasında işləməyə müəllim vəzifəsində işləməyə başlamışdır.

Allahverdiyeva Roza Zərgər

Müəllim

Qısa bioqrafik məlumat

  •  Rusiya, Tümen vilayətinin Labıtnangi şəhəri. 1979

    Təhsili:

    Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsil alıb.

    2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər rejissorluğu ixtisası üzrə təhsil alıb.

    2015-ci ildə magistr səviyyəsinin Rejissor sənətinin tarixi və nəzəriyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirib.

    Əmək fəaliyyəti:

    2000-ci ildən hazırkı günə qədər Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir.

    Azərbaycanın teleməkanında rejissor, müğənni, aktrisa, yazıçı və teleaparıcı kimi fəaliyyət göstərir.

    Bir sıra beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil edib: “Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya” və s.

     “Sarı Arka” caz festivalının laureatı olub.  

    2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülüb.

     “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s. adlı müxtəlif süjetli kliplərin ssenari müəllifi və rejissoru olub.

    Aktrisa kimi bir çox seriallarda rol alıb. “Susmuş vicdan” (rej. E.Cahangirli-2012, rol –Zəhra), “Tək olanda qorxma” (rej. V.Mustafayev-2010, rol-Zeynəb), “Qisas” (rej. A.Abramov-2014, rol- Kəmalə), “100 kağız” (rej. Ş.Zəkizadə – 2015, rol- opera müğənnisi), “Azərbaycansayağı boşanma” (rej.V.Mustafayev-2018, rol- Sara xatun), İctimai TV-də “Oxşarabad” musiqili komediyası (2019, rol- evdə qalmış qız), “Şou-biznesin sonu” (2019, rol- dəli yazıçı), “Bizim restoran”(rej.R.Hüseynov, rol –Gulya xanım).

    Dəfələrlə cəbhə bölgəsində olmuş, həm aktrisa, həm də sevilən müğənni kimi əsgərlərimizin qarşısında maraqlı konsert nömrələri və səhnəciklərlə çıxış edərək, hərbi heyət qarşısında 20-yə qədər proqramla çıxış edib.

    2015-ci ildə Avropa oyunları şərəfinə 18 bölgədə 18 medalçımızın şərəfinə tamaşa-konsertlə çıxış edib.

    20-yə qədər klip, 6 albom buraxan ifaçı-aktrisa 2014-cü ildən müxtəlif telekanallarda (İctimai TV, Lider TV,  ATV) yayımlanan “Bakı vaxtı ilə” verilişinin aparıcısı və müəllifi olub.

    Bununla yanaşı 2021 ci ildən ARB televiziyasında yayımlanan “Tam vaxtıdır” verilişinin layihə rəhbəri və aparıcısı olub və bir çox televiziya layihələrinin müəllifidir.

    Bir neçə bioqrafik romanın müəllifidir. Onun “Sibir çiçəyi” adlı avtobioqrafik romanı 2018-ci ildə “Kaysın Kuliyev” adına ordenə layiq görülüb.

    2018-ci ilin fevral ayının 9-da Dhüseyn Kasiyenovun təşkil etdiyi Türksoyun Türkdilli xalqların mədəniyyət əlaqələrinin inkişafına görə medalla təltif olunub.

    Lermontov adına Yazıçılar İttifaqının fəxri üzvüdür.

    Moskvada yerləşən Qafqaz Biznesinin Təhsili Elmi İctimai Akademiyasının akademiki adına layiq görülüb.

    Bu günə kimi tədbirlərdə təşkil və iştirakına görə 678 sayda Fəxri diplomlara layiq görülüb.

    Hazırda Bakı Xoreoqrafiya Akademiyasında İncəsənət fakültəsində Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır. Fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.

Quliyeva Fərqanə Tələt

Müəllim

Qısa bioqrafik məlumat

  • 29.04.1957 – ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1975 – ci ildə Moskva şəhəri Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olmuşdur.

Əmək fəaliyyəti

  • 2018 – ci ildə Bakı Xoreoqrafiya Akademiyasında işləməyə müəllim kimi  başlamışdır.