Əliyeva Şəhla Hüseyn

Sənətşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent

Qısa bioqrafik məlumat

  • Azərbaycan, Bakı. 26. 07. 1973

    Təhsili:

    1990-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq ixtisasının qiyabi şöbəsində təhsil alıb.

    2002-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün “Azərbaycan teatrında tərcümə əsərlərinin səhnə təcəssümü” (rus dramaturgiyası əsasında 1941-1990-cı illər) adlı dissertasiya mövzusunu götürüb.

    2004-cü ilin aprel ayında sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün “Azərbaycan teatrında tərcümə əsərlərinin səhnə təcəssümü” (rus dramarturgiyası əsasında 1941-1990-cı illər) adlı dissertasiyanı müdafiə edib.

    2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını alıb.

    Əmək fəaliyyəti:

    1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və bədən tərbiyəsi” kafedrasına laborant vəzifəsində çalışıb.

    1998-ci ildə ADMİU-nunTeatrşünaslıq kafedrasına böyük laborant və saathesabı müəllim vəzifəsində çalışıb.

    2004-cü ildə seçki yolu ilə Teatrşünaslıq kafedrasına müəllim vəzifəsinə seçilib.  2007-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə təyin olunub.

    2008-2014-cü illərdə ADMİU-nun Teatrşünaslıq kafedrasına müdir və əvəzçilikdə 0.5 ştat baş müəllim vəzifələrində çalışıb.

    2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasının “Sənətşünaslıq” kafedrasının müdiri və müsabiqə yolu ilə 0,5 ştat dosent vəzifəsini icra edir.

    Elmi əsərləri:

    30-dan çox elmı məqalənin, 10- dan çox bakalavr və magistr pillələri üçün dərs proqramlarının, metodik vəsait və bir çox proqramların müəllifi olmaqla yanaşı, respublika və beynəlxalq elmi konfranslarda iştirak edib.

     “Tərcümə əsərləri C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrının səhnəsində” -elmi məqalə 

    “Rus klassik və müasir dramaturqlarının pyesləri C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili və Dram teatrında” — elmi məqalə

    “Tərcümə əsərləri əsasında qurulmuş tamaşaların regional mədəni mühitlərin formalaşmasında rolu” — elmi məqalə

    “Rus dramaturgiyasının milli teatrın inkişafında rolu: repertuar, rejissor və aktyor problemi” — elmi məqalə və s.

    “Qərb teatr tarixi”, “Dünya teatr tarixi”, “Müasir Amerika teatrı və teatr tənqidi”, “Müasir Qərb teatrı və teatr tənqidi” və s. kimi proqramların, “Azərbaycan teatrında rus dramaturgiyasının səhnə təcəssümü (1941-1990-cı illər)”adlı dərs vəsaitinin, “Marius Petipa və XIX əsrin II yarısında balet teatrı” adlı metodik vəsaitin müəllifidir.

    Ailəlidir, iki övladı var.