Bakı Xoreoqrafîya Akademiyası tərəfindən 1 dekabr 2015-ci il tarixində “Sənət Akademiyası” Beynəlxalq Elmi-Nəzəri Jurnalı təsis edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Protokol № 06-R) qərarı ilə “Sənət Akademiyası” elmi-nəzəri jurnalı dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında sənətşünaslıq və memarlıq bölməsinə daxil edilib.
Bakı Xoreoqrafîya Akademiyası Elmi Şurasının qərarı əsasında “Sənət Akademiyası” Beynəlxalq Elmi-Nəzəri Jurnalının baş redaktoru vəzifəsinə Bakı Xoreoqrafîya Akademiyasının professoru, “Baletmeyster sənəti” kafedrasının müdiri Lyudmila Həsənova təyin edilib. “Sənət Akademiyası” Beynəlxalq Elmi-Nəzəri jurnalının buraxılışına məsul şəxs Bakı Xoreoqrafîya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova təyin edilib.
Bakı Xoreoqrafîya Akademiyası Elmi Şurasının 4 iyul 2024-cü il tarixinli qərarı əsasında, “Sənət Akademiyası” Beynəlxalq Elmi-Nəzəri Jurnalının müasir elmi nəşr tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə jurnalın redaksiya heyətində dəyişikliklər edilib.
Jurnalın ildə 2 (iki) dəfə olmaqla azərbaycan, rus, türk və ingilis dillərində nəşr olunması nəzərdə tutulub.