Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş «Xoreoqrafiya sənətinin aktual problemləri» IV Beynəlxalq elmi simpoziuma start verildi.
Hibrid formatında keçirilən tədbirin ilk günündə «Дуэтно- классический танец: историческое наследие в памятниках изобразительного искусства XVIII века» (Qazaxıstan), «Üzeyir Hacıbəyli yaradıcılığında rəqs janrı»(Azərbaycan), «Klassik balet tamaşalarında qəhrəmanlıq mövzusu» (Azərbaycan), «Раннее развитие американской танцевальной формы в зарождении современного танца» (Azərbaycan), «Pyotr Çaykovski və rus klassik baletinin yaranması» (Azərbaycan) və s. mövzular üzrə elmi çıxışlar dinlənilib.
Tədbirin sonunda isə məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, üç gün davam edəcək Beynəlxalq elmi simpoziuma Azərbaycan,Cənubi Koreya, Qırğızıstan, Rusiya, Türkiyə, Qazaxıstan və Omandan olan məruzəçilər qatılacaqlar.




