Qırğızıstan  Xoreoqrafiya Məktəbinin direktoru Erik Latıpov və məktəbin müəllimi, “Şattık” rəqs ansamblının rəhbəri  Sırğa Latıpova Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olublar.  

Qonaqlar BXA-nın rəhbərliyi tərəfindən qarşılanıb, akademiyanın sinif otaqları, dərs zalları və bütün dəhliz boyu divardan asılmış Azərbaycan milli xoreoqrafiya sənətinin baniləri, dünya şöhrətli sənətkarların portret və foto-rəsmləri ilə yaxından tanış ediliblər. Görüşdə elm və incəsənət sahəsində peşəkar kadrların hazırlanması, akademiyada mövcud xüsusi fənlərin tədris metodikası, digər ölkələrin xoreoqrafiya təhsil sistemindən yararlanaraq aparılan təcrübə mübadiləsi və digər mövzulara toxunulub. 

Qonaqlar BXA-nın müəllimləri tərəfindən akademiyanın tələbələrinə keçirilən dərslərdə iştirak ediblər. 

Dərs zamanı Azərbaycan xalq rəqslərinin qədim nümunələrindən olan “Azərbaycan”, “Qaytağı”, “İncəlik”, “Məzəli rəqs”, “Ağçiçək”, “Turacı”, “Koroğlu” operasından variasiyalar və “İgidlər”, “Çobanlar” rəqsi tələbələr tərəfindən nümayiş ertdirilib.