WhatsApp Image 2026 06 04 at 10 56 49 e1780647753500 768x817

Müəllim

Qısa bioqrafik məlumat

7.11. 2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

2019-cu ildə 24 nömrəli Uşaq Musiqi Məktəbini müvəffəqiyyətlə bitirmiş, həmin ildə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin Qarmon ixtisasına qəbul olunmuşdur. 2023-cü ildə bakalavr təhsilini uğurla başa vurmuşdur.

Hazırda təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirir. O, 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsinə daxil olaraq Xalq Çalğı Alətləri Orkestrinin Dirijorluğu ixtisası üzrə təhsil almağa başlamışdır.

Təhsil aldığı müddət ərzində respublika və beynəlxalq səviyyəli bir sıra mədəniyyət və incəsənət tədbirlərində fəal iştirak etmişdir. 2020-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən Beynəlxalq Ümid Müsabiqəsində II yerə layiq görülmüşdür. 2022-ci ildə isə Qarmon Gününə həsr olunmuş Respublika Müsabiqəsinin laureatı olmuşdur. Müxtəlif illərdə əldə etdiyi uğurlara görə fəxri fərmanlar, diplomlar və təşəkkürnamələrlə təltif edilmişdir.

Səriyyə Paşayeva peşəkar fəaliyyəti dövründə çoxsaylı mədəni-kütləvi tədbirlərdə, konsert proqramlarında və ictimai əhəmiyyətli layihələrdə iştirak etmiş, milli musiqi irsinin təbliği istiqamətində fəaliyyət göstərmişdir.

Əmək fəaliyyəti

Bakalavr təhsilini başa vurduqdan sonra Bakı Xoreoqrafiya Akademiyasında əmək fəaliyyətinə başlamışdır. Hazırda Akademiyanın müəllimi kimi fəaliyyət göstərir, ixtisas, not savadı və muğam fənlərini tədris edir.

Əmək fəaliyyəti ərzində məsuliyyətli, təşəbbüskar, yüksək peşəkarlıq nümayiş etdirən və kollektivdə nüfuz qazanan müəllim kimi tanınır. O, pedaqoji və yaradıcılıq fəaliyyətini davam etdirərək gənc musiqiçilərin yetişdirilməsi və milli musiqi sənətinin inkişafına öz töhfəsini verməkdədir.