Özbəkistan Mədəniyyət Nazirliyinin Mədəniyyət Təhsil Mərkəzinin direktoru Alişer Camalidinov və Azərbaycan mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Qonaqları qarşılayan BXA-nın rəhbərliyi akademiyanın çoxpilləli təhsil prosesi, yerli və beynəlxalq müsabiqələrdə əldə olunan nailiyyətləri və akademiyadakı yeniliklər barədə məlumat verib.
Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi də öz növbəsində BXA rəhbərliyinə mehriban qarşılanmaya görə təşəkkür edib və gələcək mümkün əməkdaşlıq barədə təkliflərini irəli sürüb.
Eyni zamanda, yaxın gələcəkdə BXA ilə Özbəkistanın mədəniyyətyönümlü təhsil müəssisələri arasında daha sıx ortaq əlaqələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Həmçinin eyni kökdən olan Azərbaycan-Özbəkistan xalqlarının qarşılıqlı səmərəli tərəfdaşlıq əlaqələrindən söz açılıb.

