Əhmədov Əhsən Allahverdi

Musiqi sənəti kafedrasının müdiri, Sənətşenaslıq üzrə fəlsəfə doktoru, BXA-nın dosenti

Qısa bioqrafik məlumat

  • Azərbaycan, Ağdam rayonu Qalayçılar kəndi.

     

    Təhsili:

     İlk təhsilini Qalayçılar kəndinin orta təhsil məktəbində alıb.

    1997-1998-ci illərdə Şəki 1 saylı peşə məktəbinin kənd təsərrüfatı mühasibi peşəsi üzrə tam kursu bitirib.

    1998-2001-ci illərdə Azərbaycan Dövlət Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına musiqi kollecində təhsil alıb.

    2001ci ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş, 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.

    2007ci ildə Azərbaycan Milli Konservatoriyasının Magistratura şöbəsinə daxil olmuş, 2009 – cu ildə oranı Fərqlənmə Diplomu ilə bitirmişdir.

    2011-ci il tarixində  fəlsəfə doktoru proqramı üzrə  doktoranturaya daxil olub, 2017-ci il tarixində Baki Musiqi Akademiyasında dissertasiya işini müdafiə etmiş,

    2018-ci ildə  Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb.

    2019-cu il tarixindən, elmlər doktoru proqramı üzrə Bakı Musiqi Akademiyasının doktorantıdır.

     

    Nailiyyətləri:

    2000ci ildə bədii özfəaliyyət kollektivlərinin “İstedad 2000 devizi ilə keçirilmiş baxış müsabiqəsinin qalibi olub.

    2001–ci ildə respublika “Muğam” müsabiqəsində II yerə, 2003 – cü ildə isə Azərbaycan Respublikasında keçirilən Muğam müsabiqəsində I yerə layiq görülüb. Bir çox xarici dövlətlərdə qastrol səfərində olub.

    2019cu ildə Azərbaycan bayrağı media mükafatı laureatı olub.

     

    Əmək fəaliyyəti:

    2009-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında müəllim:

    2010-2014cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində işləmişdir.

    2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının müdiri vəzifəsində işləyir.        

    2018-ci il tarixindən Bakı Xoreoqrafiya Akademiyası Elmi Şurasının üzvüdür. 2019-cu ildən Bakı Xoreoqrafiya Akademiyasının dosentidir.

    Elmi nəşrləri:

    19-u xaricdə nəşr olunmaqla, 150-dən artıq  elm və tədris işlərinin, o cümlədən dərslik, dərs vəsaiti, metodik vəsait, proqram, elmi-tədqiqat işi, elmi məqalə, tezisin müəllifi, həmmüəllifi və elmi redaktorudur.

    1.     Muğam operalarının qürubu. “Avropa” nəşriyyatı, 2013.

    2.     Muğam sənətinin tarixi və nəzəri aspektləri. Bakı, Mütərcim, 2019.

    3.     Muğam sənətində poeziyanın təcəssüm problemləri. Bakı: Mütərcim, 2020.