Məmmədova Rimma Şahbaba qızı
Əməkdar incəsənət xadimi, Dosent
Qısa bioqrafik məlumat
Rusiya Federasiyası, Saratov vilayəti. 29. 06. 1942.
Təhsili:
1960-cı ildə Bakı Xoreoqrafiya Məktəbini SSRİ xalq artisti Qəmər Almaszadənin sinfini bitirib.
1962-1967-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
1972-1974-cü illərdə Leninqrad Dövlət Teatr , Musiqi və Kino Universitetinin aspiranturasında təhsil alıb.
2012-ci ildə dosent elmi adını alib.
Əmək fəaliyyəti:
1960-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında balet artisti vəzifəsində;
1967- 1987- ci illərdə ADİİ-də (indiki ADMİU) müəllim vəzifəsində;
11974-1978-ci illərdə Bakı , Mingəçevir, Sumqayıt və bir sıra şəhərlərin teatrlarında aktiv yaradıcılıq işləri ilə məşğul olub.
1978-1996-cı ilə qədər Opera və Balet Teatrının baş baletmeysteri və Q. Almaszadənin Mədəniyyət Nazirliyinə tövsiyəsi ilə Bakı Xoreoqrafiya Məktəbinin direktor vəzifəsinə təyin olunub.
Direktor vəzifəsini icra etdiyi dövrdə onun fəaliyyəti Azərbaycan MK-nın Katibi cənab H. Əliyev tərəfindən yüksək dəyərləndirilib. Xoreoqrafiya məktəbi şagirdlərinin hökumət konsertlərində çıxışlarının səviyyəsi , məktəbin təzə binasının tikilməsi ilə əlaqədar sərəncamın verilməsinə səbəb olub.
2007- ci ildə Rimma Məmmədova Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Hal- hazırda Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.
Maraqlı məlumat üçün bildirək ki, Rimma Məmmədova 1961-ci ildə lentə alınmış “Bizim küçə” bədii filmində baş rolda çəkilib.