Məmmədova Rimma Şahbaba qızı

Əməkdar incəsənət xadimi, Dosent

Qısa bioqrafik məlumat

  • Rusiya Federasiyası, Saratov vilayəti. 29. 06. 1942.

    Təhsili:

    1960-cı ildə Bakı Xoreoqrafiya Məktəbini SSRİ xalq artisti Qəmər Almaszadənin sinfini bitirib.

    1962-1967-ci illərdə M.Əliyev  adına  Azərbaycan  Dövlət İncəsənət İnstitutunun  rejissorluq fakültəsində təhsil alıb.

    1972-1974-cü illərdə Leninqrad  Dövlət Teatr , Musiqi və Kino Universitetinin aspiranturasında təhsil alıb.

    2012-ci ildə dosent elmi adını alib.

     

    Əmək fəaliyyəti:

    1960-1967-ci illərdə  M.F.Axundov adına  Azərbaycan  Dövlət Opera və  Balet Teatrında balet artisti vəzifəsində;

    1967- 1987- ci illərdə ADİİ-də (indiki ADMİU) müəllim vəzifəsində;

    11974-1978-ci illərdə Bakı , Mingəçevir, Sumqayıt və bir sıra şəhərlərin teatrlarında aktiv yaradıcılıq işləri ilə məşğul olub.

    1978-1996-cı ilə qədər   Opera və  Balet Teatrının  baş baletmeysteri və Q. Almaszadənin Mədəniyyət  Nazirliyinə  tövsiyəsi ilə  Bakı Xoreoqrafiya Məktəbinin direktor vəzifəsinə təyin olunub.

    Direktor vəzifəsini icra etdiyi dövrdə onun fəaliyyəti Azərbaycan  MK-nın Katibi cənab H. Əliyev tərəfindən yüksək dəyərləndirilib. Xoreoqrafiya məktəbi şagirdlərinin  hökumət konsertlərində çıxışlarının səviyyəsi , məktəbin təzə binasının tikilməsi ilə əlaqədar sərəncamın verilməsinə səbəb olub.

    2007- ci ildə  Rimma Məmmədova  Əməkdar  incəsənət xadimi fəxri adı ilə təltif olunub.

    Hal- hazırda Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.

          Maraqlı məlumat üçün bildirək ki, Rimma Məmmədova  1961-ci ildə lentə alınmış “Bizim küçə” bədii filmində baş rolda çəkilib.