Hüseynli Sənan Həsrət oğlu

Əməkdar artist, Baş müəllim 

Qısa bioqrafik məlumat

Doğum tarixi və yeri:

Azərbaycan, Şəmkir. 26. 09. 1968.

Təhsili: 

1985-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə daxil olub və 1992-ci ildə həmin fakültəni bitirib.

2002- 2006-cı illlərdə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xoreoqrafiya şöbəsində  təhsil alıb və fərqlənmə diplomu ilə oranı bitirib.

2016-2018-ci illərdə Xarkov Dövlət Mədəniyyət Akademiyasında magistr

2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasının doktorantı, “Azərbaycan milli xoreoqrafiya sənətində kişi rəqslərinin quruluş və ifaçılıq xüsusiyyətləri” adlı mövzu üzərində işləyir

  Əmək fəaliyyəti:

         1989-1991-cu illərdə “Coşqun” rəqs ansamblında rəqqas,      

         1991-1992-ci illərdə «Azəri» rəqs ansamblında rəqqas,

         1992-1998-ci illərdə Bakı Dövlət “Cəngi” rəqs ansamblında rəqqas,

         1998-2000-ci illərdə Azərbaycan Dövlət rəqs ansamblında rəqqas,

         2000-2002-ci illərdə Bakı Dövlət “Cəngi” rəqs ansamblında məşqçi,

         2002-2004-cü illərdə R.Behbudov adına Dövlət Mahnı Teatrında balet artisti,

         2004-2012-ci illərdə Azərbaycan Dövlət rəqs ansamblında solist – rəqqas,

         2011-2015-ci illərdə ADNA-nın «Gənclik» rəqs ansamblının bədii rəhbəri,

         2015-ci  BXA-nın Milli rəqs kafedrasında  baş müəllim,

         2015-2021-ci illərdə BXA-nın Milli rəqs kafedrasının müdiri vəzifələrində çalışıb.

         2021-ci ildən BXA-nın İncəsənət fakültəsinin dekanıdır.

2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Ailəlidir, 1 oğlu, 2 qızı var.