Hüseynli Sənan Həsrət oğlu
Əməkdar artist, Baş müəllim
Qısa bioqrafik məlumat
Doğum tarixi və yeri:
Azərbaycan, Şəmkir. 26. 09. 1968.
Təhsili:
1985-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə daxil olub və 1992-ci ildə həmin fakültəni bitirib.
2002- 2006-cı illlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xoreoqrafiya şöbəsində təhsil alıb və fərqlənmə diplomu ilə oranı bitirib.
2016-2018-ci illərdə Xarkov Dövlət Mədəniyyət Akademiyasında magistr
2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasının doktorantı, “Azərbaycan milli xoreoqrafiya sənətində kişi rəqslərinin quruluş və ifaçılıq xüsusiyyətləri” adlı mövzu üzərində işləyir
Əmək fəaliyyəti:
1989-1991-cu illərdə “Coşqun” rəqs ansamblında rəqqas,
1991-1992-ci illərdə «Azəri» rəqs ansamblında rəqqas,
1992-1998-ci illərdə Bakı Dövlət “Cəngi” rəqs ansamblında rəqqas,
1998-2000-ci illərdə Azərbaycan Dövlət rəqs ansamblında rəqqas,
2000-2002-ci illərdə Bakı Dövlət “Cəngi” rəqs ansamblında məşqçi,
2002-2004-cü illərdə R.Behbudov adına Dövlət Mahnı Teatrında balet artisti,
2004-2012-ci illərdə Azərbaycan Dövlət rəqs ansamblında solist — rəqqas,
2011-2015-ci illərdə ADNA-nın «Gənclik» rəqs ansamblının bədii rəhbəri,
2015-ci BXA-nın Milli rəqs kafedrasında baş müəllim,
2015-2021-ci illərdə BXA-nın Milli rəqs kafedrasının müdiri vəzifələrində çalışıb.
2021-ci ildən BXA-nın İncəsənət fakültəsinin dekanıdır.
2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.
Ailəlidir, 1 oğlu, 2 qızı var.