Cəfərova Eteri Lyeonidovna
BXA-nın Milli və müasir rəqs kafedrasında müəllim, Azərbaycan Respublikasının Əməkdar artisti
Qısa bioqrafik məlumat
Doğum tarixi və yeri:
Azərbaycan, Bakı. 09.07.1978
Təhsili:
1985-1991 illərdə 214 saylı məktəbdə, 1991-1996-cı illərdə Bakı Xoreoqrafiya məktəbinin Xalq şöbəsində təhsil alıb. 1996-cı ildə həmin məktəbi ansambl artisti ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasının Xoreoqrafiya sənəti ixtisası üzrə magistratura təhsil pilləsinə qəbul olub və fərqləmə diplomu ilə bitirib. 2018-ci ildə Moskva Dövlət Mədəniyyət institutunda müasir xoreoqrafiyanın ixtisas artırma kursu keçib.
Əmək fəaliyyəti:
Bakı Xoreoqrafiya Məktəbinin axırıncı sinfində oxuyarkən Azərbaycan Dövlət Rəqs ansamblının bədii rəhbəri,Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlər kavaleri Afaq Məlikova tərəfindən ansambla rəqqasə vəzifəsinə dəvət edilib. 1996-cı il may ayında Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblında əmək fəaliyyətinə başlayıb. 2014-cü ildən Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasında Azərbaycan rəqsi , Müasir rəqs və Xalq səhnə rəqs müəllimi kimi çalışır. Hazırda Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi və doktorantıdır. Eyni zamanda, Moskva dövlət xoreoqrafiya akademiyasında assistent-stajor kimi oxuyur və çalışır.
V.Adıgözəlov «Qərənfil», Xalq mahnısı «Sarı gəlin», M.Tağıyevin repertuarından «Qalx, qalx ulu torpaq!» musiqisinə, F.Əmirovun «Mən səni araram», » İnnabı», «Dağlı», “ Qavalla” rəqs, “Qaraçı” rəqsi, Osetin rəqsi və s. rəqslərin quruluşçu xoreoqrafıdır. Qəmər Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq müsabiqəsində tələbəsi Tutu Tahirli müsabiqənin 1-ci yerin laureatı adına layiq görülüb.
Elmi nəşrləri:
Bakı Xoreoqrafiya Akademiyasının “Sənət Akademiyası” jurnalında «Müasir dövrünün mədəni prosesində milli rəqs fenomeni» və » Rəqs sənətində tərbiyə və təhsil” ,” Azərbaycan xalq səhnə rəqs sənətinin inkişafında Roza Cəlilova fenomeni” mövzusunda və s. məqalələri çap olunub.
Mükafat və təltifləri:
E. Cəfərova 17 sentyabr 2007-ci ildə Azərbaycanın Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2010-2015-ci illərdə Prezident mükafatçısı olub. 2019-ci ildə Milli rəqs sənətinə verdiyi töhfəyə görə “Humay” mükafatına layiq görülüb, 2021 -ci ildə “Akademie Internationale de choreographie” “Fəxri akademik”fəxri adına layiq görülüb.