Cəfərova Eteri Lyeonidovna

BXA-nın Milli və müasir rəqs kafedrasında müəllim, Azərbaycan Respublikasının Əməkdar artisti

Qısa bioqrafik məlumat

 

Doğum tarixi və yeri:

Azərbaycan, Bakı. 09.07.1978

Təhsili:

1985-1991 illərdə 214 saylı məktəbdə, 1991-1996-cı illərdə Bakı Xoreoqrafiya məktəbinin Xalq şöbəsində təhsil alıb. 1996-cı ildə həmin məktəbi ansambl artisti ixtisası üzrə bitirib.  1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb. 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasının Xoreoqrafiya sənəti ixtisası üzrə magistratura təhsil pilləsinə qəbul olub və fərqləmə diplomu ilə bitirib. 2018-ci ildə Moskva Dövlət Mədəniyyət institutunda müasir xoreoqrafiyanın ixtisas artırma kursu keçib. 

Əmək fəaliyyəti:

Bakı Xoreoqrafiya Məktəbinin axırıncı sinfində oxuyarkən Azərbaycan Dövlət Rəqs ansamblının bədii rəhbəri,Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlər  kavaleri  Afaq Məlikova tərəfindən ansambla rəqqasə vəzifəsinə dəvət edilib. 1996-cı il may ayında Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblında əmək fəaliyyətinə başlayıb. 2014-cü ildən Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasında Azərbaycan rəqsi ,  Müasir rəqs və Xalq səhnə rəqs müəllimi kimi çalışır. Hazırda Bakı Xoreoqrafiya Akademiyasının  baş müəllimi və doktorantıdır. Eyni zamanda, Moskva dövlət xoreoqrafiya akademiyasında  assistent-stajor kimi oxuyur və çalışır. 

V.Adıgözəlov “Qərənfil”, Xalq mahnısı “Sarı gəlin”, M.Tağıyevin repertuarından “Qalx, qalx ulu torpaq!” musiqisinə,  F.Əmirovun “Mən səni araram”, ” İnnabı”, “Dağlı”, “ Qavalla” rəqs, “Qaraçı” rəqsi, Osetin rəqsi və s. rəqslərin quruluşçu xoreoqrafıdır. Qəmər Almaszadə adına Klassik və Milli rəqs üzrə I Beynəlxalq müsabiqəsində tələbəsi Tutu Tahirli müsabiqənin 1-ci yerin laureatı adına layiq görülüb.  

Elmi nəşrləri:

Bakı Xoreoqrafiya Akademiyasının “Sənət Akademiyası” jurnalında “Müasir dövrünün mədəni prosesində milli rəqs fenomeni” və ” Rəqs sənətində tərbiyə və təhsil” ,” Azərbaycan xalq səhnə rəqs sənətinin inkişafında Roza Cəlilova fenomeni”  mövzusunda və s. məqalələri çap olunub. 

Mükafat və təltifləri:

E. Cəfərova 17 sentyabr 2007-ci ildə Azərbaycanın Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2010-2015-ci illərdə Prezident mükafatçısı olub. 2019-ci ildə Milli rəqs sənətinə verdiyi töhfəyə görə  “Humay” mükafatına layiq görülüb, 2021 -ci ildə “Akademie Internationale de choreographie” “Fəxri akademik”fəxri adına layiq görülüb.