Bayramova Cəmilə Əsədulla qızı
Xalq artisti, Milli və müasir rəqs kafedrasının müdiri
Qısa bioqrafik məlumat
Doğum tarixi və yeri:
Azərbaycan, Bakı. 20. 07. 1957.
Təhsili:
1964- cü ildə Binəqədi rayon 4 saylı orta məktəbə daxil olmuş. 4-cü sinifdən təhsilini Bakı Xoreoqrafiya məktəbində davam etdirmişdir. 1975-ci ildə BXA- nı balet artisti ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyəti:
1975-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət Rəqs ansamblında rəqqasə vəzifəsindən başlamış və 26.12.1991-ci ildə öz xahişi ilə işdən azad olmuşdur.
1992 -1993-cü ildə “Cəngi “ E.F.A- da rəqqasə vəzifəsində,
1993-1999-cu illərdə “Cəngi” E.F.A – da solist, bədii rəhbər, baş baletmeyster vəzifəsində çalışıb.
1999-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə, 2003-cü ildən quruluşçu baletmeyster vəzifəsində çalışıb. 2021-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında Milli və müasir rəqs kafedrasının müdiri vəzifəsində işləyir.
1991- ci ildə Respublikanın Əməkdar artisti, 2000- ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Prezident mükafatçısı, 2017-ci ildə Fəxri mədəniyyət işçisi döş nişanı ilə təltif olunub.