Almaszadə Mayra Əliheydər
Klassik rəqs kafedrasının müdiri
Qısa bioqrafik məlumat
Azərbaycan, Bakı. 20. 08. 1955.
Təhsili:
1962-ci ildə 23 №-li Bakı orta məktəbinəə daxil olmuş. 4-cü sinifdə oxuyarkən, yəni, 1965-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin 1-ci sinfinə qəbul olunub və 1973-cü ildə həmin məktəbi bitirib.
1979-cu ildə Moskva Xoreoqrafiya Akademiyasında iki illik kursda pedaqoji təcrübə keçib.
1991-1996 illərdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasında Xoreoqrafiya pedaqogikası üzrə ali təhsil alib.
Əmək fəaliyyəti:
1973-cü ildə Yuri Qaqarin adına sarayda xoreoqrafik rəhbər;
1979-cu ildən BXM-da müəllim vəzifələrində çalışıb.
2016-cı ildən BXA-da Klassik rəqs kafedrasında kafedra müdiri vəzifəsində çalışır.
2016-cı il 1 mart tarixində Əməkdar Mədəniyyət İşçisi, 2016-cı il 25 fevral tarixində isə baş müəllim adını alıb və hal-hazırda BXA-da həm də balet ustası kimi pedaqoji fəaliyyət göstərir.
Ailəlidir, 2 övladı var.