Almaszadə Mayra Əliheydər

Klassik rəqs kafedrasının müdiri

Qısa bioqrafik məlumat

  • Azərbaycan, Bakı. 20. 08. 1955.

    Təhsili:

    1962-ci ildə 23 №-li Bakı  orta məktəbinəə daxil olmuş. 4-cü sinifdə oxuyarkən, yəni, 1965-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin 1-ci sinfinə qəbul olunub və 1973-cü ildə həmin məktəbi bitirib.

    1979-cu ildə Moskva Xoreoqrafiya Akademiyasında iki illik kursda pedaqoji təcrübə keçib.

    1991-1996 illərdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasında Xoreoqrafiya pedaqogikası üzrə ali təhsil alib.

    Əmək fəaliyyəti:

           1973-cü ildə Yuri Qaqarin adına sarayda xoreoqrafik rəhbər;

           1979-cu ildən BXM-da müəllim vəzifələrində çalışıb.

           2016-cı ildən BXA-da Klassik rəqs kafedrasında kafedra müdiri vəzifəsində çalışır.

           2016-cı il 1 mart tarixində Əməkdar Mədəniyyət İşçisi, 2016-cı il 25 fevral tarixində isə baş müəllim adını alıb və hal-hazırda BXA-da həm də balet ustası kimi  pedaqoji fəaliyyət göstərir.

    Ailəlidir, 2 övladı var.