İbrahimov Fərid Fərman oğlu

 Azərbaycan Respublikasının Əməkdar artisti

Qısa bioqrafik məlumat

Doğum yeri və tarixi:

Azərbaycan, Bakı. 01.03.1986.

Təhsili:


1993-2004-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Balet artisti ixtisası üzrə təhsil alıb. 2006-2010-cu illərdə Ukrayna Dövlət Akademiyasında Menecment ixtisası üzrə təhsil alıb.


Əmək fəaliyyəti;

2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında balet artisti vəzifəsində, 2005-2017-ci illərdən etibarən (əvvəlki BXM, indiki BXA-da) Klassik rəqs və Duet rəqsi fənləri üzrə müəllim vəzifəsində çalışıb.  2010-cu ildə kikboqsinq üzrə Avropa çempionatının, 2011-ci ildə taekvondo üzrə dünya çempionatının, 2017-2018-ci illərdə cüdo üzrə dünya çempionatının açılışında xoreoqraf kimi fəaliyyət göstərib. 2014-cü ildə Şəmkir şəhərində keçirilən şahmat üzrə dünya çempionatının açılışında məşqçi və eyni zamanda ifaçı kimi fəaliyyət göstərib. 2016-cı ildə II Siyasi Dünya formunun açılışında nümayiş etdirilən 150 nəfərdən ibarət flaşmobun və Bakıda ilk dəfə keçirilən Formula – 1 yarışlarının finalının açılışı zamanı “Azərbaycan mirvariləri” rəqs ansamblının məşqçisi, eyni zamanda ifaçısı kimi fəaliyyət göstərib. 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə sərhəd qoşunlarının rəqs ansamblının direktoru və baş xoreoqrafı təyin edilib. 


Mükafat və təltifləri:


2006-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin Sankt-Peterburq şəhərində keçirilən “Open dans” festivalında təmsilinə görə “Gran-Pri” mükafatına layiq görülüb.

2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adını layiq görülüb.