Həbibə Vaqif qızı Məmmədova

Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi.

Həbibə Vaqif qızı Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Qısa bioqrafik məlumat 

Doğum yeri və tarixi:

Azərbaycan, Bakı. 09. 08. 1983

Təhsili:

2001-2005-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını musiqişünaslıq ixtisası üzrə bakalavr səviyyəsində;

2006-2008-ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında magistratura səviyyəsində musiqişünaslıq ixtisası üzrə təhsil alıb.

2011-ci ildə “Azərbaycan operalarında tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (lad-məqam xüsusiyyətləri) mövzulu namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

2015-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent elmi adına layiq görülüb.

Əmək fəaliyyəti:

2004-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında laborant vəzifəsində;

2005-ci ildə baş laborant;

2009-cu ildən elmi işçi;

2010-2015-ci illərdə böyük elmi işçi;

2011-2014-cü illərdə müəllim;

2014-2015-ci illərdə baş müəllim;

2015-2018-ci illərdə kafedranın dosenti vəzifələrində çalışıb.

2015-ci ildən bu günədək BMA-da aparıcı elmi işçi (əvəzçi) vəzifəsində çalışır.

2013-2020-ci illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən F/D 02.151 Dissertasiya Şurasının elmi katibi;

2020-2021-ci illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya Şurasının 6213.01-Musiqi sənəti ixtisası üzrə Elmi Seminarın elmi katibi vəzifələrində çalışıb.

2017-2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim vəzifələrində çalışıb.  

2021-ci ildən bu günədək Bakı Xoreoqrafiya Akademiyasının Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi vəzifəsində çalışır.

Elmi nəşrləri:

“Tarixi-qəhrəmanlıq mövzusu Azərbaycan bəstəkarlarının operalarında” adlı dərs vəsaitinin, “Azərbaycan şifahi ənənəli musiqi irsində tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (Elmi ədəbiyyatın icmalı)”, “Tarixi-qəhrəmanlıq mövzulu aşıq havalarının musiqi dilinin təhlili” metodik vəsaitlərin, bir sıra tədris proqramlarının, o cümlədən 20-yə yaxın elmi məqalənin müəllifidir.

2005-ci ildə nəşr olunmuş iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” toplusunun korrektoru (Tərtibçi – Siyavuş Kərimi), 23 Yanvar 2014-cü il “Türk musiqi Axşamı” Konsertinin, 2015-ci ildən bu günədək Beynəlxalq Musiqi və Rəqs konqresinin Azərbaycan üzrə koordinatoru, 15-20 iyul 2018-ci il də Bakı şəhərində keçirilən 53 ölkəni 500 nəfərədək elmi məruzə ilə təmsil edən 33rd World Conference of International Society for Music Education Beynəlxalq konfransının Bakı Musiqi Akademiyası üzrə Koordinatoru, 2019-cu ildə BMA-da keçirilən VIII Beynəlxalq Caz Gününə həsr olunmuş I Beynəlxalq Festivalının, Bakı Xoreoqrafiya Akademiyasında keçirilən Beynəlxalq rəqs gününə həsr olunmuş beynəlxalq elmi simpoziumunun təşkilatçılarından, o cümlədən 2016-ci ildən SCOPUS, EBSCOhost indeksləri ilə tanınan Rast Uluslararası Müzikoloji Dergisinin, 2018-ci ildən Ulakbim indeksiylə tanınan Eurasian Journal of Music and Dance (EJMD) jurnalının Azərbaycan üzrə editorudur.

Mükafat və təltifləri:

2020-ci ildə elmi və yaradıcı nailiyyətlərinə görə “Azərbaycan musiqisinin beynəlxalq konfranslarda təbliğinə və bu tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq bacarığına görə” Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Diploma;

2021-ci ildə Həmkarlar İttifaqında xidmətinə görə Yubiley döş nişanına;

2022-ci ildə isə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Ənənəvi musiqi gününə həsr olunmuş festivalda TÜRKSOY-un medalına layiq görülüb. 

2022-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Ailəlidir, iki övladı var.