TÜRKSOY-un qurulmasının 30 illiyinə həsr olunmuş mədəniyyət günləri çərçivəsində baş tutmuş konsert proqramında uğurlu çıxışa və TÜRKMEB, MÜZED tərəfindən, həmçinin Qazi Universiteti və Hacettepe Universiteti Ankara Dövlət Musiqi Konservatoriyasının birgə təşkil etdiyi “IV Beynəlxalq İpək yolu Musiqi və Sənət” konfransında aktiv iştirakı ilə seçilən Bakı Xoreoqrafiya Akademiyasının (BXA)orta ixtisas təhsili və magistr pillələrinin tələbələrinə Sertifikatlar təqdim edilib.

Sertifikatların təqdimatı mərasimində BXA rəhbərliyi, tələbə və müəllim heyəti iştirak edib.

Təqdimat zamanı tələbələrə təhsillərində, yaradıcılıq yollarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.