İspaniya Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Jose Pedro Torrubia Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.
BXA-nın rəhbərliyi qonaqları qəbul edərək akademiyanın fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, uğurları barədə məlumat verib.
Görüş əsnasında BXA-nın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi üçün qarşıda duran planlar haqqında da söhbət açılıb.
Eyni zamanda, Jose Pedro Torrubia səmimi görüşə görə təşəkkür edərək, BXA-nın İspaniya ali təhsil müəssisələri və mədəniyyət yönümlü müəssisələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün dəstək göstərəcəyini vurğulayıb.
Söhbət zamanı yaxın gələcəkdə həyata keçirilə biləcək ortaq tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.