Bu gün Nəsimi Rayon Mühafizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Mirzəli və idarənin əməkdaşları Bakı Xoreoqrafiya Akademiyasının pedoqoji heyəti ilə görüş keçirib.
Görüş zamanı şagirdlərin təhlükəsizliyi, onların psixoloji vəziyyəti və məktəbdə təhlükəsiz şəraitin təmin olunmasına dair vacib məlumatlar müzakirə olunub.
Hüquq-mühafizə orqanlarının nümayəndələri müəllimlərə şagird və tələbələrin psixoloji vəziyyətinə diqqət yetirmək, valideynlər və aidiyyəti qurumlarla sıx əlaqə saxlamaq, uşaqların təhlükəsizliyini qorumaq məqsədilə zəruri tədbirlər görmək barədə vacib tövsiyələrini veriblər.

