Gülbəniz Sədulla qızı Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru

Qısa bioqrafik məlumat

  • 1974-cü ildə Bakıda anadan olmuşdur
  • 1980-1990-cı illərdə Bakının Mərdəkan qəsəbəsindəki H. Z. Tağıyev adına 123 saylı orta məktəb
  • 1990 – 1995-ci illərdə indiki Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində “Fransız və ingilis dili müəllimi” ixtisası

Əmək fəaliyyəti

  • 1995-ci ildən Azərbaycan Dillər Universitetinin fransız dili leksikası kafedrasında tam ştat müəllim
  • 2000-ci ildən ADPU-nun “Xarici dillər və onların tədrisi metodikası” kafedrasında tam ştat müəllim
  • 2008-ci ildən həmin kafedrada baş müəllim.
  • 2009-2015-ci illərdə Azərbaycan Respublikası və Fransanın Daxili İşlər Nazirlikləri arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən DİN-nin Polis Akademiyası və Daxili Qoşunlarının Ali Hərbi Məktəbində fransız dili müəllimi
  • 2003-2017-ci illərdə Fransanın Azərbaycandakı Səfirliyinin nəzdindəki Fransız İnstitutunda fransız dili müəllimi
  • 01.06.2018 tarixindən 01.10.2018 tarixinə kimi Beynəlxalq Turizm və Otel İdarəçiliyi üzrə Fransız İnstitutunda (École de gestion hôtelière et touristique) “Xarici dillər” kafedrasının müdiri.
    Hazırda Bakı Xoreoqrafiya Akademiyasının “İctimai fənlər” kafedrasında dosent

Pedaqoji fəaliyyəti

  • İşlədiyi dövr ərzində Məmmədova Gülbəniz Sədulla qızı müxtəlif vaxtlarda Fransanın Bezanson, Monpöliye, Paris şəhərlərində, Bakıda Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş müəllimlərin təkmilləşdirilməsi üzrə təlimlərdə iştirak etmiş, sertifikatları vardır. 1 monoqrafiya, 1dərslik, 3 dərs vəsaiti, 9 proqram, 28 elmi məqalə G.S.Məmmədova Türkiyənin Ankara, Konya, Edirne şəhərlərində beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Elmi fəaliyyəti

  • 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru
  • 2018-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktoru proqramı üzrə 5709.01 « Roman dilləri» ixtisasına dissertant AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Məmmədova Gülbəniz hazırda “Fransız dilində invektiv leksikanın semantik sahə strukturu” adlı filologiya üzrə elmlər doktorluğu dissertasiya