6216.01 Xoreoqrafiya sənəti ixtisası üzrə – 23 yanvar 2023-cü il saat 12:00 (otaq elmi şura kabineti)

6213.01 Musiqi sənəti ixtisası üzrə – 24 yanvar 2023-cü il saat 12:00 (otaq elmi şura kabineti)

6203.01 İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi ixtisası üzrə – 25 yanvar 2023-cü il saat 12:00 (otaq elmi şura kabineti)

 

İzahat vərəqəsi

 

6216.01 Xoreoqrafiya sənəti ixtisası üzrə – doktorantura və dissertantura təhsil pilləsində ixtisas imtahanının keçirilməsi üçün nəzərdə tutulub. Xoreoqrafiya sənətinin tarixi zəngin və qədimdir. Ona görə də bu qədim və zənginliyi tətqiq etmək, öyrənmək və araşdırmaq sənətşünaslıq elmi qarşısında duran mühüm vəzifələrdəndir. Burada xoreoqrafiya sənətinin spesifik xüsusiyyətləri, klassik və müasir rəqsin yaranma səbəbləri, ictimai və mədəni həyatla bağlılığı, yeni formalar kəsb etməsi və s. məsələlərin öyrənilməsi zəruridir.

6213.01 Musiqi sənəti ixtisası üzrə – təqdim olunan proqram doktorantura və dissertantura şö­bə­si­nin ixtisas fənnləri üzrə imtahanları üçün hazırlanmışdır. “Musiqi ta­rixi, “Musiqi nəzəriyyəsi”, “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Azərbaycan xalq mu­siqisinin əsasları” ilə bağlı mövzular daxil edilmişdir. Burada qədim zamanlardan baş­la­yaraq müasir dövrə qədər Avropa, rus və Azərbaycan musiqi mə­də­niyyəti, bəstəkarların yaradıcılığı ilə bağlı, müasir yazı bəstəkar teknikaları və yeni modallıq, seriyalıq, mikroxromatika, polifonika ilə bağlı sual­lar, musiqi folkloru, zəngin aşıq yaradıcılığı və muğam sənəti bağlı mövzular daxil edil­miş­dir. İxtisas fənnləri üzrə imtahan sualları musiqi sənətinin müx­tə­lif sahələrinin vacib məqamları ilə bağlıdır və yüksək səviyyəli mütə­xəssislərin hazırlanmasına xidmət edir.

6203.01 İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi ixtisası fəlsəfə doktorluğu hazırlığı üçün nəzərdə tutulmuş proqramda isə ixtisas üzrə nəzəri və metodoloji biliklər əks olunmuş, sənətşünaslıq haqqında ümumi məlumatlar, incəsənət nəzəriyyəsi, bədii tənqid, təhlil, sənətşünaslıqla əlaqədar olan digər elm sahələri və s. nəzərdən keçirilir.

Proqram bütün bu məsələləri əhatə etməklə doktorantın bədii-estetik və elmi-nəzəri düşüncələrini, öyrənməyə imkan verir.