Əzizov Emil Füzuli

Emil Əzizov Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin direktor müavini

Qısa bioqrafik məlumat

8 sentyabr 1989-cu il tarixində Bakı şəhərində anadan olub.

1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinə qəbul olub və 2007-ci ilə qədər həmin təhsil müəssisəsində təhsil alıb.

2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xoreoqrafiya” fakültəsinə daxil olub.

2012-2014 – cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura üzrə təhsil alıb.


Əmək fəaliyyəti

Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrinda balet artisti vəzifəsində çalıb.

2014- 2017 ci illərdə ADMİU-nun Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasına müəllim vəzifəsində çalışıb.

Tədqiqat sahəsi

“Преемственность традиций азербайджанского классического балета в творчестве Рафиги Ахундовой и Максуда Мамедова” adlı dissertasiya üzərində çalışır.

2016-cı ildən Bakı Xoreoqrafiya Akademiyasında müəllim vəzifəsində çalışır.

2023-cü ildən bugünədək Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xüsusi fənlər üzrə direktor müavini vəzifəsində çalışır.