Elnurə Əli qızı Kazımzadə

İctimai fənlər kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru

Qısa bioqrafik məlumat

Doğum tarixi və yeri: 

 Azərbaycan, Bakı.  01.01.1978.

          Təhsili:

 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizəsi
ixtisasına daxil olmuş və həmin ixtisası 1998-ci ildə fərqlənmə diplomu ilə
bitirib. Təhsilimi davam etdirərək “Mədəniyyətşünaslıq” ixtisası üzrə  magistratura pilləsinə daxil olmuş və 2000-ci
ildə fərqlənmə diplomu ilə bitirib.

2012-ci ildə “Azərbaycanın
qoruq-muzeyləri və onların milli-mənəvi dəyərlər sistemində yeri” mövzusunda
dissertasiya müdafiə edərək Muzeyşünaslıq, tarixi-mədəni abidələrin mühafizəsi
və bərpası ixtisası üzrə kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini
alıb.

2017-ci ildən 2020-ci ilədək Bakı Xoreoqrafiya
Akademiyasının Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2020-ci ildən İncəsənət fakültəsinin İctimai fənlər
kafedrasında müəllim vəzifəsində çalışır.
Hal-hazırda
İctimai fənlər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edir.

 

 

 

İctimai
fənlər kafedrasında müəllim

Nurəliyeva Mənsurə Abisalam qızı

Azərbaycan, Bakı. 04.03.1988.

Təhsili:

2005-2009-cu
illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.

2011-2013-cü
illərdə Xəzər Universitetində təhsilin magistratura pilləsini  bitirib. Hal-hazırda müəllim vəzifəsində
çalışır.

 

 

 

İctimai fənlər
kafedrasında 0.5 ştat müəllim

Əliyeva Səbirə
Əhəd qızı

Azərbaycan, Lənkəran
rayonu. 15.04.1977.

Təhsili:

1990-199-ci illərdə
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Hal-hazırda BXA-nın
İctimai fənlər kafedrasında 0.5 ştat müəllim işləyir.

                               

 

 

İctimai fənlər
kafedrasında 0.5 ştat müəllim

Həsənova Könül Sadiq qızı

Azərbaycan,
Samux rayonu. 22.11.1979

Təhsili:

1999-2003-cu
illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.   2005-ci ildə magistraturanı bitirib.

Hal-hazırda
BXA-nın İctimai fənlər kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır
.