5316950491050743810 768x1024

Cabbarova Fidan Malik

Doğum yeri və tarixi:  

Cabbarova Fidan Malik qızı 24 iyul 2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

Təhsil:  

2019-cu ildə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir.

2019–2023-cü illərdə Sumqayıt Dövlət Universitetində bakalavriat səviyyəsində təhsil almış, İngilis dili müəllimliyi ixtisası üzrə məzun olmuşdur.

2024–2026-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura təhsili alaraq Biznesin təşkili və idarə edilməsi (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 2024-cü ildə Bakı Xoreoqrafiya Akademiyasının Tam Orta Məktəbində laborant vəzifəsində başlamışdır.

2026-cı ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasının Tədris şöbəsində statistik vəzifəsində fəaliyyət göstərir.

Fidan Cəfərova təhsil sahəsində qazandığı nəzəri bilik və praktiki bacarıqları peşə fəaliyyətində uğurla tətbiq edir. O, Akademiyada tədris prosesinin təşkili, statistik məlumatların işlənilməsi və təhlili, eləcə də təhsil idarəçiliyi sahəsində həyata keçirilən fəaliyyətlərdə yaxından iştirak edir. Peşəkar inkişafını davamlı şəkildə təkmilləşdirən Fidan Cəfərova Bakı Xoreoqrafiya Akademiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəetmə proseslərinin səmərəliliyinin artırılması istiqamətində çalışır.