6

Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbələri Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan “Chakan Fashion Show” tədbirində rəqs nömrələri ilə çıxış ediblər.
Tələbələr akademiyanın müəllimi, xoreoqraf Vüsalə Babayevanın quruluş verdiyi “Şikəstə” rəqsini ifa ediblər. Vüsalə Babayeva isə “Niqoxi çeşmant” və “Şodu şodam” tacik milli rəqsləri ilə çıxış edib.
Qeyd edək ki, tədbirdə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon və digər rəsmi şəxslər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Comments are disabled