Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin şagirdləri Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 1657 manat məbləğində pul vəsaiti köçürüblər.
Belə ki, BXA-da 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə məktəblilərin əl işlərindən ibarət yarmarka təşkil olunub.
Yarmarkada şagirdlər tərəfindən hazırlanan müxtəlif növ şirniyyatlar, xörəklər və digər əl işləri nümunələri nümayiş olunub.
Yığılan məbləği isə (1657 manat) məktəblilər «YAŞAT» fonduna köçürüblər.