Fransada «Danser» jurnalının 40 illiyi qeyd olunub.
Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, «Danser» jurnalının baş redaktoru Mişel Odina, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-zadə, akademiyanın orta ixtisas təhsili pilləsinin tələbələri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin «Yeddi gözəl» və «Leyli Məcnun» balet əsərlərindən parçalar ifa olunub.