Photo 2023 06 13 12 24 49

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin II sinif şagirdi Həşimzadə İnci II-X sinif şagirdləri arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak edib.

İ.Həşimzadə müsabiqədə uğurlu nəticə göstərərək, Sertifikatla təltif olunub.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Comments are disabled