Rusiyanın paytaxtı Moskva şəhərində “Beynəlxalq humanitar əməkdaşlıqda mədəniyyət və incəsənət universitetləri: Rusiya və Çin mədəniyyətləri arasında dialoq” adlı Beynəlxalq konqres keçirilib.

Beynəlxalq konqresdə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə və Tədris şöbəsinin müdiri Yeganə Tapdıqova da iştirak edib.

Oktyabrın 15-dən 18-nə dək davam edən konqresdə BXA-nın rektoru Nailə Məmməd-Zadə “Bakı Xoreoqrafiya Akademiyasının inkişafında ənənə və perspektivlər” adlı məqalə ilə çıxış edib.

Eyni zamanda, N. Məmməd-Zadə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov, eləcə də digər təhsil müəssisələrinin rəhbər heyətləri ilə dostluq görüşü keçirib.

Görüş zamanı BXA-nın beynəlxalq layihələrdə iştirakı, tələbə-müəllim mübadiləsi, ustad dərslərinin keçirilməsi, spesifik fənlərin tədrisində tətbiq olunan yeniliklər müzakirə olunub.