Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 530 illik yubiley çərçivəsində “Eşqdir hər iki dünyaya zinət, Eşq ilə dolanır bütün təbiət” adlı xoreoqrafik kompozisiya təqdim edilib.
Tədbirdə BXA-nın rəhbərliyi, incəsənət və media nümayəndələri ilə yanaşı qonaqlar da iştirak edib.
Konsertdə BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında dahi şairin yaradıcılığının zirvəsində duran “Leyli və Məcnun”, “Söhbətül-əsmar”, “Bəngü-Badə”, “Həft cam” və “Rindü-Zahid” əsərlərindən səhnəciklər və rəqs kompozisiyaları nümayiş olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.




