Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş növbəti konsert proqramı keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti ilə yanaşı, incəsənət nümayəndələri də iştirak edib.
Konsert proqramında tam orta təhsil pilləsinin şagirdlərinin ifasında fortepianoda Ü.Hacıbəylinin “Axşam oldu”, “Laylay”, “Arşın mal alan” operettasından parçalar, Asiyanın mahnısı, Telli və Vəlinin dueti, F. Sücəddinovun “Vətən balladası”, Niyazinin “Xoreoqrafik vals”, E. İbrahimovanın “Ey Vətən” və N. Mirməmmədlinin “Əsgər qardaşları” musiqi əsərləri təqdim olunub.
Qeyd edək ki, konsertin bədii rəhbəri BXA-nın tam orta təhsil pilləsinin konsertmeyster-müəllimi Sevda Axundovadır.