Bağırov Çingiz Hüseyn Qulu oğlu

Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Kulturologiya elmləri üzrə fəlsəfə doktoru, Dosent

Qısa bioqrafik məlumat

  • 28 aprel 1958-ci ildə Bakı şəhərində anadan olub.
  • 1977-1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Pedoqoji Universiteti) Tarix fakültəsini bitirib.
  • 1978-ci ildə – Azərbaycan LKGİMK-nın XXX qurultayının iştirakçısı olub.

Əmək fəaliyyəti

  • 1981-1984- cü illərdə Lənkəran şəhərində təyinatla 9 nömrəli orta məktəbdə Tarix müəllimi işləyib.
  • 1984-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fəlsəfə kafedrasında laborant, Siyasi tarix kafedrasında baş laborant vəzifələrində çalışıb.
  • 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor köməkçisi vəzifəsində işləyib.
  • 2000-ci ildə Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.
  • 2001-ci ildə Azərbaycan Respublikasının Prezident Aparatının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında Xarici Siyasət proqramı üzrə “Ali Diplomatiya ixtisas artırma kurslarını” bitirib.
  • 2002-ci ildən – Bakı Pedoqoji Kadrlarının İxtisas artırma və Yenidən Hazırlanma İnstitutunda tarix müəllimi çalışmaqla fəaliyyət göstərib.
  • 2007-ci il tarixdən 2015-сi ilədək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə 11/496 saylı əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr üzə Prorektoru vəzifəsinə təsdiq olunub.
  • 2015-ci ildən BXA-nın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
  • 2015-ci ildən BXA-da dosent vəzifəsində çalışır .

Elmi pedoqoji fəaliyyəti

  • 2007-ci ildə “Azərbaycanda müasir turizmin inkişaf kontekstində memarlıq və incəsənət abidələrinin mahiyyəti” mövzusunda dissertasiya müdafiə edib.
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyasının qərarı ilə “Kulturologiya elmləri üzrə Fəlsəfə doktoru ”alimlik dərəcəsi ona verilmişdir.
  • 2017-ci ildə (16 mart protokol №06) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyasının qərarı ilə “Dosent” elmi adı verilmişdir
  • 2007-ci il (ELİA) Avropa İncəsənət Universitetlər Liqasının xətti ilə Şoto Rustavelli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində, 2004-ci ildə Türkiyə Marmara Universitetində, 2005-ci ildə Şımalı Kiprin Yakın Doğu Universitetində, 2006-ci ildə Meymar Sinan Universitetində, 2008-ci il Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2009- ci ildə Berlin, Münxen və Bonn Universitetlərində, 2010 və 2014-cü illərdə Moskva Dövlət Mədəniyyət Universitetində, 2016-ci ildə Belorusiya Dövlət Mədəniyyət və İncəsənət Universitetdə keçirilən Beynəlxalq Elmi konfransların iştirakçısı olub.
  • 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin 10 dekabr tarixli 152 saylı Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
  • 25-dən artıq elmi məqalələri, 1 monoqrafiya, 1 dərs vəsaiti, 3 proqram, həmçinin yerli dünya mətbuatında, müxtəlif elmi – ictimai mövzuları əhatə edən məqalələrin müəllifidir.