Həsənova Lyudmila Qasım qızı
Baletmeyster sənəti kafedrasının müdiri, Pedaqoji elmlər namizədi, Professor
Qısa bioqrafik məlumat
Azərbaycan, Bakı. 31. 08. 1952.
Təhsili:
1963-1970-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb
1978-1983-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.
1984-1986-cı illərdə Moskva Akademik Xoreoqrafiya məktəbində assistentura-stajirovka kurslarını keçib.
1989-1991-ci ildə Moskva şəhərində Yeni tədris vasitələri və metodikası fakültəsini bitirib.
Tədris prosesinin təkmilləşməsi metodikası üzrə praktiki fəaliyyət dissertasiyasını müdafiə edib.
1998-ci ildə rus dilində “Музыкально- педагогические основы изучения синтетической природы классического экзерсиса” adlı namizədlik dissertasiyasını müdafiə edib.
1998-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
2001-ci ildə A. Y. Vaqanova adına Rus baleti Akademiyasında təkmilləşmə kurslarını keçib (ФПК).
2004-cü ildə dosent elmi adı verilib.
Əmək fəaliyyəti:
1970-1971-ci illərdə Azərbaycan Dövlət mahnı teatrında balet artisti;
1972-1982-ci illərdə Y. Qaqarin adına Pionerlər və Məktəblilər Sarayında “Cücələrim” xoreoqrafik ansamblında müəllim-repetitor;
1981-1984-cü il N.K.Krupskaya adına Bakı Mədəni Maarif məktəbində Rəqs və rəqsin kompozisiyası, Xalq səhnə rəqsi fənləri üzrə müəllim;
1979-1984-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Klassik rəqs və Ritmika fənləri üzrə müəllim;
1984-1997-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində Klassik rəqs fənni üzrə müəllim;
1997-1998-ci illərdə Antaliya Balle Akademiyasında Klassik rəqs üzrə müəllim; 1998-2015-ci illər arası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Klassik rəqs fənni üzrə müəllim;
2002-2012-ci illərdə ADMİU-da Səhnə hərəkəti kafedrasının ,müdiri , “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasının müdiri, dosent vəzifələrində çalışıb.
2005-ci ildə Fransanın paytaxtı Paris səhərində Conservatoire national Superier de Musiour et de Danse de Paris-ixtisasartırma ezamiyyətində və eyni zamanda ustad dərsləri keçib.
1998-2015-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində Klassik rəqs üzrə əvəzçi müəllim;
1988-1992-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında müəllim-repetitor;
1992-2002-ci illərdə Bakı Musiqi Akademiyasında Rəqs və Səhnə hərəkəti fənləri üzrə saathesabı müəllim;
2015-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında Klassik rəqs üzrə müəllim, Xüsusi fənlər üzrə şöbə müdiri vəzifələrində çalışıb.
2015-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında Baletmeyster sənəti kafedrasının müdiridir
2016-cı ildən BXA-nın professoru vəzifəsini tutub.
Nəşr olunmuş əsərləri:
L.Həsənova , E.Akimova «Методические рекомендации по музыкальному оформлению уроков классического танца» Bakı 1989.
L.Həsənova və Azad Kərimli « Комбинации основных движений классического экзерсиса и виды их варьирования» Bakı 1997.
L.Həsənova « Генезис классического экзерсиса» Bakı 1997.
L.Həsənova « Катехизис тиории и практики классического экзерсиса » Bakı 1997.
L.Həsənova və A.Kərimli «Музыкально- хореографическое единство в классическом экзерсисе » Bakı 2008(metodik vəsait).
Magistratura pilləsi üzrə doqquz tələbənin və üç dissertantın Elmi rəhbəridir.