AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ
BAKI XOREOQRAFİYA AKADEMİYASI
TAM ORTA MƏKTƏB
1 may 2025-ci il tarixindən 2025-2026-cı tədris ili üzrə Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin tədris Azərbaycan və rus dillərində aparılan I-V (birinci -beşinci) və VIII (səkkizinci) siniflərinə şagird qəbulu prosesinə start verilir.
* Məktəbə şagird qəbul müsabiqə yolu ilə aparılır.
* Müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilməsi barədə qərar proses dövründə veriləcəkdir.
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
1.Tam orta məktəbin direktorunun adına ərizə;
2.Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti;
3.Tibbi vərəqə (Sağlamlıq haqqında arayış- Forma №026);
— kardioloq,oftalmoloq,nevropatoloq və pediatr rəyi mütləqdir;
— anadangəlmə və sonradan qazanılmış xəstəliklərin olmaması mütləqdir;
4.Ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin sürəti;
5.Xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti (Diplom, Sertifikat);
6.3×4 ölçülü foto şəkil (4 ədəd);
7.Yaşayış yerindən arayış;
8.Valideynlərin iş yerindən arayış;
9. Tədris Azərbaycan və rus dillərində aparılan I siniflər üçün elektron qeydiyyat; (www.mektebebeqebul.edu.az ərizənin surəti).
Qeyd: Tədris rus dilində aparılan I siniflər üzrə müsabiqəyə həmin dil üzrə şifahi nitq bacarıqlaırının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibədən uğurla keçən uşaqlar buraxılır.
(AR Təhsil Nazirliyi tərəfindən keçirilən komissiyanın rəyi).
TƏLƏB OLUNAN SƏNƏDLƏR MÜVAFİQ
QOVLUQDA TƏQDİM OLUNMALIDIR!
Sənədlər həftə içi saat 09:00-dan 16:30-dək aparılır.
(Ünvan:Rəşid Behbudov küç.75 BXA 2-ci mərtəbə.
Tam orta məktəb Tel:597-51-89); ([email protected])