Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana- informasiya mərkəzinin təşkilatçılığı, Hədəf Şirkətlər Qrupu və Hədəf Nəşrləri, Libra Kitab Evi, eləcə də PAŞA Holdinqin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbinin şagirdləri üçün «Gələcəyimizə çıraq ol” adlı sosial layihə həyata keçirilib.
Layihənin başlıca məqsədi Azərbaycanın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, ibtidai sinif şagirdlərinin asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımdır.
Qeyd edək ki, layihəyə həm Bakı Xoreoqrafiya Akademiyası, həm də Əməkdar artist Bəhram Bağırzadə tərəfindən də onlarla dərslik ləvazimatları ilə dəstək göstərilib.
Layihədə könüllü yardım edənlər Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif ediliblər.
Layihənin rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova və Jalə Qurbanlıdır.