24 mart 2026-cı il tarixində Özbəkistanın Xiva şəhərində keçirilən «Khiva Art Fest» beynəlxalq incəsənət festivalında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbəsi Xəlilova Gülnarə uğurla iştirak edib.
O, festival proqramı çərçivəsində təqdim etdiyi rəqs nömrəsi ilə fərqlənərək I yerə layiq görülüb.
Bununla yanaşı, BXA tələbəsi “Ən cazibədar rəqs ifaçısı” nominasiyası üzrə də mükafatlandırılıb.
Bu nailiyyət, Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin beynəlxalq səviyyədə qazandığı uğurların davamı olmaqla yanaşı, Azərbaycan xoreoqrafiya sənətinin dünya miqyasında təbliğinə də mühüm töhfə verir.

