Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin tələbələrinin buraxılış-hesabat konserti keçirilib.
Konsertdə BXA-nın rəhbərliyi, tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
Buraxılış-hesabat konsertində BXA-nın İncəsənət fakültəsinin tələbələrinin ifasında «Azərbaycan suitası», «Maska» bir pərdəli baleti, «Qavalla rəqs», «Əbədiyyətimiz bizim olacaq» bir pərdəli baleti, «İkinci Bahar» bir pərdəli baleti, «Ələddin» bir pərdəli baleti, «Süzən qızlar», «Tahir və Zöhrə» bir pərdəli baleti, «Qaytağı rəqsi» və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Buraxılış-hesabat konserti böyük maraqla qarşılanıb.
Qeyd edək ki, kurs rəhbərləri: BXA-nın Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, Baletmeyster sənəti kafedrasının müəllimi, Xalq artisti Kamilla Hüseynova, İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyevdir.
Buraxılışa məsul kafedralar isə: BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist, dosent Sənan Hüseynli, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramovadır.