2

Tanınmış incəsənət xadimlərinin iştirakı ilə Qarabağ şəhidlərinin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbələri də çıxış ediblər.
Akademiyanın müəllimi Vüsalə Babayevanın quruluş verdiyi rəqslər xüsusi diqqət çəkib. Tələbələr “Əziz anam”, “Uzundərə”, “Qarabağ şikəstəsi” və “Zəfər mahnısı” kimi rəqsləri yüksək peşəkarlıqla ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Comments are disabled